Bank Of Baku

Azərbaycan Turizm İnstitutu və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Turizm İnstitutu və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
# 21 aprel 2011 16:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA-Economics. Bu gün Azərbaycan Turizm İnstitutu və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında növbəti 4 il üçün əməkdaşlıq sazişi imzalanıb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında baş tutan imzalama mərasimində sənədə Azərbaycan tərəfdən Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov, Avstriya tərəfdən isə Tətbiqi Elmlər Universitetin prezidenti Hanz Boyer imza atıb. Sazişə əsasən növbəti dörd il üçün hər iki universitet tərəfindən 25 tələbə hazırlanacaq.

Görüşdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, 4 il öncə başlanan əməkdaşlıq nəticəsində artıq 17 tələbə hazırlanıb: “Həmin tələbələrə həm Azərbaycanın, həm də Avstriyanın diplomları təqdim olunub. Gələn ildən etibarən isə bu sayın 30-a çatdırılması nəzərdə tutulur”. Ə.Qarayev yenilənən müqaviləyə çox sevindiyini deyib və Avstriya universitetləri ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.

ATİ-nin rektoru Cəfər Cəfərov isə bildirib ki, hazırda Diana Universiteti ilə danışıqlar aparılır. Danışıqlar bitdikdən sonra doktorantura pilləsi səviyyəsində əməkdaşlıq qurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR