Bank Of Baku

Azərbaycanda turizm obyektlərində aparılan yoxlamalar qiymətləri 20-30% bahalaşdırır

Azərbaycanda turizm obyektlərində aparılan yoxlamalar qiymətləri 20-30% bahalaşdırır
# 25 aprel 2011 07:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu ölkədə turizmin inkişaf vəziyyəti ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) keçirilən toplantıda ASK-nın turizm komissiyasının sədri, «Bakı Tur» şirkətinin rəhbəri Faiz Məmmədov bildirib.

Onun sözlərinə görə, sahibkarların fəaliyyətinə nəzarət həyata keçirən dövlət strukturları turizm sahəsində çalışan sahibkarların işinə yerli-yersiz müdaxilələr edir: «Bəzi hallarda isə turizm müəssisəsində bir nazirliyin 2-3 strukturu yoxlama keçirir».

«Nəticədə, cəmi iki ay davam edən mövsüm ərzində sahibkarlar turistlərə xidmət göstərmək əvəzinə yoxlamalarla məşğul olurlar, hətta bəzi hallarda sahibkarlar müəssisənin rentabelli işləməməsi səbəbindən fəaliyyətini dayandırmalı olur», - deyə F.Məmmədov vurğulayıb.

Komissiya sədrinin sözlərinə görə, bu hallar nəticəsində sahibkarlar turizm xidmətlərinin qiymətini 20-30% qaldırmağa məcbur olurlar: «Yəni, qiymətlərin baha olmasının obyektiv səbəblərnidən də biri budur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR