Bank Of Baku

Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya ilə görüşüb

Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat  və davamlı inkişaf naziri Vera Kobaliya ilə görüşüb
# 26 aprel 2011 08:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib. Nazir Ə. Qarayev Gürcüstanın nümayəndə heyətini salamlayaraq qeyd edib ki, Azərbaycanda turizm sənayesi prioritet sahələrdən biridir və ölkə başçısı tərəfindən 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunub. Bununla yanaşı, Ə. Qarayev Azərbaycan Turizm İnstitutunun fəaliyyəti haqqında məlumat verərək qeyd olunan təhsil müəssisəsində gürcüstanlı tələbələrinin təhsil alınmasını təklif edib.
Xanım V. Kobaliya nazir Ə. Qarayevə ətraflı məlumata görə təşəkkür edib və iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edərək, cari ilin ikinci yarısında Azərbaycan və Gürcüstanın turizm şirkətlərinin nümayəndələrin iştirakı ilə Gürcüstanda birgə seminarın təşkil olunmasını təklif edib.
Bununla yanaşı, görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, ümumi turistik məhsulun yaradılması və digər məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR