Bank Of Baku

“Azərbaycanı kəşf edək. Bələdçi Kitablar” layihəsi çərçivəsində Avropanın bir sıra aparıcı nəşriyyat müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlanıb

“Azərbaycanı kəşf edək. Bələdçi Kitablar” layihəsi çərçivəsində Avropanın bir sıra aparıcı nəşriyyat müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlanıb
# 26 aprel 2011 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycanı kəşf edək. Bələdçi Kitablar” layihəsi çərçivəsində Avropanın bir sıra aparıcı nəşriyyat müəssisələri ilə əməkdaşlıq müqavilələri bağlanıb. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Krallığın “Time Out Guides” nəşriyyatı arasında bağlanılmış müqaviləyə əsasən “Time Out” bələdçilər kolleksiyası çərçivəsində “The Time Out Guide to Baku & the Best of Azerbaijan” kataloqları hazırlanacaq. Bakı şəhəri və Azərbaycan haqqında müvafiq turistik bələdçinin hazırlanması üçün “Time Out Guides” nəşriyyatının əməkdaşları Petercon Kressvell artıq Azərbaycandadır.

Nazirliyin “Azərbaycanı kəşf edək. Bələdçi kitablar” layihəsi çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “Filmer Limited” şirkəti tərəfindən hazırlanmış Bakı şəhəri haqqında “Hedonist’s Guide to Baku” adlı bələdçi-kataloqlarının İPhone telefonları, İPad planşetləri üçün nəzərdə tutulan və İTunes-dan yüklənə bilən elektron variantı da artıq hazırdır və 9.99 Funt Sterlinq dəyərində satılmaqdadır.

Eyni zamanda İTunes üçün elektron variantın hazırlanması barədə məlumat “Hedonist’s Guide”ın Facebook, Twitter və Foursquare sosial şəbəkə səhifələrində yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR