Bank Of Baku

Azərbaycan və Gürcüstan vahid turizm məhsulu yaradacaq

Azərbaycan və Gürcüstan vahid turizm məhsulu yaradacaq
# 26 aprel 2011 10:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Gürcüstan vahid turizm məhsulu yaratmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçil Kekeliya bildirib.

Onun sözlərinə görə, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın aprelin 25-də Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında turizm sahəsinin inkişafına dair müzakirələr aparılıb: «Biz Azərbaycanla birgə vahid turizm məhsulu yaratmaq niyyətindəyik ki, həmin məhsulu sonradan Avropa, Asiya, Amerika bazarlarında təklif edəcəyik».

Nazir müavini onu da bildirib ki, ötən il Gürcüstanı 2 mln. turist ziyarət eib və onların təxminən 500 mini Azərbaycandan gələn turistlər olub: «Biz istərdik ik, Azərbaycandan Gürcüstana turist axını bir qədər də artsın».

A.Kekeliyanın sözlərinə görə, ötən il Gürcüstana gələn turislərin sayı 2009-cu illə müqayisədə 37% artıb, 2011-ci ildə də 40%-lik artım gözlənilir: «Növbəti iki il ərzində Gürcüstana gələn turistlərin sayını əhalinin sayından çox olmasını qarşımıza məqsəd qoymuşuq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR