Bank Of Baku

Gürcüstan azərbaycanlı biznesmenləri turizm sektoruna sərmayə yatırmağa çağırır

Gürcüstan azərbaycanlı biznesmenləri turizm sektoruna sərmayə yatırmağa çağırır
# 26 aprel 2011 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rəsmi Tiflis azərbaycanlı iş adamlarını Gürcüstanın turizm sahəsinə investisiya yatırmağa çağırır. «APA-Economics»in məlumatına görə, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçil Kekeliya bildirib ki, Azərbaycan Gürcüstanın əsas investorlarındandır və iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurulub: «Biz Azərbaycandan olan potensial investorları da Gürcüstan iqtisadiyyatına, o cümlədən turizm sahəsinə sərmayə yatırmağa dəvət edirik».

Gürcüstanda azad turizm zonalarının yaradılmasından danışan nazir müavini qeyd edib ki, hazırda ölkədə iki analoji zona yaradılıb: «Burada investorlara yer sahəsi və kommunal xidmətlər (elektrik enerjisi, su, qaz) pulsuz təqdim olunur. Eyni zamanda, həmin investor hər hansı bir turizm obyektinin tikintisindən sonra 15 il vergidən azad olunur. Artıq bir çox xarici investorlarla müqavilələr imzalanıb və konkret layihələr müzakirə olunur. Biz azərbaycanlı investorları da Gürcüstanın azad turizm zonalarında fəaliyyət göstərməyə dəvət edirik».

A.Kekeliya onu da qeyd edib ki, ümumiyyətlə Gürcüstan analoji azad turizm zonalarının coğrafiyasını genişləndirmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR