Bank Of Baku

Bu il Azərbaycanın turizm sektorunda müsbət dinamika gözlənilir

Bu il Azərbaycanın turizm sektorunda müsbət dinamika gözlənilir
# 27 aprel 2011 10:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanın turizm sahəsində müsbət dinamika müşahidə olunacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev məlumat verib.

Onun sözlərinə görə, 2010-cu ildə ölkədə turizm sahəsi əvvəlki ilə nisbətən 4-5% artıb: «Bu il ərzində də müsbət dinamika gözləyirik. Əlbətdə, böhrandan öncəki 25-30% artıma yenidən nail olmaq bu il bir qədər çətin olacaq, lakin sözügedən sahədə müsbət dinamikanın olacağı proqnozlaşdırılır».

A.İsmiyev onu da bildirib ki, 2008-ci ildə Azərbaycanın turizm sektoru əvvəlki ilə nisbətən 39% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR