Şimali Kipr Azərbaycanın turizm bazarında Antaliyanın rəqibinə çevrilir
Təyyarə reysləri iyun ayından başlayaraq həftədə iki dəfə – həftənin II və V günlərində - 219 yerlik «Airbus-319» təyyarə ilə həyata keçiriləcək. Bakıdan qalxan təyyarə Türkiyənin Adana şəhərində qısamüddətli enmə ilə yoluna davam edəcək. Adanadakı enmə zamanı sərnişinlər təyyarədən çıxmırlar. Ümumilikdə, Bakıdan çıxandan 3,5 saat sonra təyyarə Şimali Kiprin paytaxtı – Lefkoşa şəhərinin Ərcan hava limanına çatır. Yəni, uçuş faktiki olaraq birbaşa həyata keçirilir.
Səfərlərin təşkilatçılarından olan Şimali Kiprin «DMG Cyprus» şirkətinin nümayəndəsi Bora Özgenin sözlərinə görə, bu il Türkiyəyə turist səfərlərinin kəskin bahalaşması fonunda Şimali Kipr xarici turistlər üçün daha sərfəli şərtlər təklif edir. «Misir və Tunisdəki hadisələr nəticəsində bütün dünya Antalyaya gəlir. Nəticədə, bu il Türkiyədə qiymətlər çox yüksəkdir. Bundan başqa, Antalya hotellərində yer problemi də var. Şimali Kiprin qiymətləri isə Türkiyəyə nisbətən daha əlverişli olacaq».
Təşkilatçıların sözlərinə görə, Şimali Kiprdə istirahətin qiyməti 600 manatdan (3 ulduzlu hotellər üçün) 900-1000 manatadək (5 ulduzlu hottelər üçün) dəyişir.
Hələlik Şimali Kiprə turist səfərlərini iki yerli şirkət «Millenium Turizm» və «NTravel» şirkətləri təşkil edəcək. «Millenium Turizm»in təmsilçisi Vüqar Əliyevin sözlərinə görə, Şimali Kipr həm xidmət səviyyəsinə, həm də qiymətlərə görə Türkiyənin Antalya, Bodrum, Marmaris kimi kurortları ilə rəqabət apara biləcək.
Şimali Kiprin «Restur» agentliyinin direktoru Rəsmiyə Canaltay isə burada kazinoların da olduğunu bildirib: «İstənilən qədər kazino var. Turistlərin 15-20%-i bura məhz kazinoda oynamaq üçün gəlir».
Şimali Kiprin Turizm Nazirliyinin nümayəndəsi Şahap Aşiqoğlunun sözlərinə görə, azərbaycanlı turistləri qəbul etmək üçün ölkədə ideal şərait var: «Hotellər, təbiət, mətbəx və ən əsası qənaətli qiymətlər. İnanırıq ki, azərbaycanlı turistlər bunu qiymətləndirəcəklər».
Nazirlik nümayəndəsi bildirib ki, təyyarə uçuşları ilə bağlı problem olmayacaq: «Novruz Bayramında artıq belə bir uçuş olub və uğurla həyata keçirilib». Bundan başqa, Şimali Kipr hökuməti ölkəyə turistləri cəlb eləmək üçün turizm şirkətlərinə əlavə güzəştlər verir. Yəni, ölkəyə gələrək 7 gün qalan hər turist üçün hökumət turizm şirkətinə 65 avro ödəyir, bu isə turist paketinin qiymətindən çıxılır və istirahət qiymətini aşağı salır. Ölkəyə gətirilən turistlərin sayı müəyyən həddi keçəndə isə həmin şirkətlər pulsuz reklam olunur.
Qeyd edək ki, Şimali Kiprə ilk uçuş zamanı turpaketlər güzəştli qiymətlərlə təqdim olunacaq və cəmi 400 manat təşkil edəcək. Müqayisə üçün bildirək ki, iyun ayına Antalyaya eyni şəraitli turpaketin qiyməti təxminən 600 manat təşkil edir.
Turizm
MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı 6%-ə yaxın artıb
Nazir: Azərbaycan Almaniya ilə müntəzəm uçuşların intensivliyinin artırılmasında maraqlıdır
Ötən ay “Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə edənlərin sayı 64% artıb
Xüsusi nümayəndə: Ağdamdakı "İmarət" Kompleksi artıq turizm məkanına çevrilir
Xəbər Lenti
Zelenski Lukaşenkoya Putini də götürüb Kiyevə gəlməyi təklif edib
Pezeşkian Xameneinin məzarı önündə ağlayıb - VİDEO
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
Şirvan sakininin əlində ov tüfənginin patronu partlayıb
Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür
ABŞ-da kiberdələduzluq qurbanlarına 9 ay ərzində 8 milyard dollar qaytarılıb
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
Azərbaycan XİN helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib
Ermənistan XİN: TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq
Yardımlıda məktəbdən evə qayıtmayan ikinci sinif şagirdinin meyiti tapılıb
Zelenski: Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Balakəndə qardaş qardaşı bıçaqlayıb
Qubada avtomobili ilə 60 yaşlı qadını vuraraq öldürən sürücü tapılıb - YENİLƏNİB
Türkiyədə helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - YENİLƏNİB
İsrail müdafiə naziri: İran kimyəvi silah hazırlayır, ABŞ-la birlikdə hücuma hazırlaşırıq
AK Partiya sədrinin müavini Hayati Yazıcı partiyadakı bütün vəzifələrindən istefa verib
Putin Rusiyada benzinin qiymətinin sabitləşdiyini açıqlayıb
Lukaşenko Zelenski ilə birlikdə Rusiyaya danışıqlara getməyə hazır olduğunu bildirib
Putin: Rusiya yanacağının tədarükünü məhdudlaşdırmaq cəhdləri avropalıların özlərinə təsir edəcək
ABŞ-da İran rəhbərliyinin yüksək vəzifəli nümayəndələrinin öldürülməsi müzakirə olunur
Aİ Komissiyası 13 ölkəyə büdcə xəbərdarlığı edib
Pezeşkian: ABŞ ilə danışıqlar aparırıq, lakin təslim olmayacağıq
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Ermənistan və Səudiyyə Ərəbistanı arasında ilk siyasi məsləhətləşmələr keçiririlib
Hans-Diter Flik: “Sabah” La Liqa komandası səviyyəsindədir”
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
BDYPİ küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
Bəzi ərazilərdə külək güclənir - FAKTİKİ HAVA
Musa Quliyev: Şəkərli diabet xəstələrinin dövlət təminatı genişləndirilir
İranda alkoqollu içkilərdən zəhərlənmədən 20 nəfər ölüb
Ceyhun Bayramov: Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir
"Buker" uşaq ədəbiyyatı üçün mükafat təsis edib, qısa siyahı açıqlanıb
XİN rəhbəri: Azərbaycan TRIPP-lə bağlı mütəmadi məlumatlandırılıb, layihənin qısa müddətə başa çatmasını arzulayırıq
Rəsmi Tbilisi: Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir
Nazir: Azərbaycan və Gürcüstanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verir
Boçorişvili: Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsizliyi kontekstində çox mühümdür
DGK: Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina edib - VİDEO
Maka Boçorişvili: Gürcüstan və Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əməl edir
İlin ilk Super Ayı görünür
Gürcüstan Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafından məmnundur
Hikmət Çətin vəfat edib
Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan münasibətləri baxımından mühüm il olub
CAS Seneqalı Afrika çempionu elan edib
Ceyhun Bayramov gürcü həmkarı ilə Qara dəniz ətrafında vəziyyəti müzakirə edib
Gürcüstan XİN rəhbəri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
Ceyhun Bayramov Gürcüstana təşəkkür edib
XİN rəhbəri Bakı–Tbilisi qatarının yenidən bərpa olunmasının əhəmiyyətini vurğulayıb
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
Nazir: Orta Dəhlizlə daşınan yüklərin həcmi hər il artır