Bank Of Baku

Aydın İsmiyev: «Xaricə turist səfərlərinin bahalaşması Azərbaycanda daxili turizmin inkişafına səbəb olacaq»

Aydın İsmiyev: «Xaricə turist səfərlərinin bahalaşması Azərbaycanda daxili turizmin inkişafına səbəb olacaq»
# 27 aprel 2011 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xarici ölkələrdə istirahətin qiymətlərinin bahalaşması Azərbaycanda daxili turizmin inkişafına səbəb olacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, bir çox ərəb ölkələrində siyasi vəziyyətin gərginləşməsi əksər dövlətlərdə turizm xidmətlərinə qiymətlərin artmasına səbəb olub: «Eyni zamanda, hava limanlarında rüsumların artması və yanacağa olan qiymətin bahalaşması da müşahidə olunur. Bu cür vəziyyət Azərbaycan vətəndaşlarının ölkə daxilində istirahət etmələrinə gətirib çıxarır. Bu da ölkənin daxili turizm sahəsinin inkişafına səbəb olacaq».

A.İsmiyev onu da bildirib ki, 2010-cu ildə AZərbaycandan xaricə istirahətə 60-70 min nəfər gedib, Azərbaycanın regionlarında isə 200 min ölkə vətəndaşı istirahət edib: «Ümid edirəm ki, bu il həmin göstərici daha da artacaq».

Qeyd edək ki, Misirdə baş verən iğtişaşlar səbəbindən turistlər Türkiyədə istirahət etməyə üstünlük verir. Bu da Türkiyədə istirahətin qiymətinin artmasına gətirib çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR