Bank Of Baku

Bu il Azərbaycana gələn turistlərin sayının artacağı gözlənilir

Bu il Azərbaycana gələn turistlərin sayının artacağı gözlənilir
# 27 aprel 2011 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il Azərbaycana gələn turistlərin sayında müsbət dinamika müşahidə olunacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycana 2 mln. nəfər xarici ölkə vətəndaşları gəlib ki, onlardan 1,5 mln. nəfəri turist olub: «Bu il ərzində turistlərin sayının bir qədər də artacağını gözləyirik. Belə ki, Azərbaycan tərəfi əcnəbi vətəndaşlara vizanın verilməsi prosesini bir qədər də sadələşdirib. Bundan başqa, ölkənin daxili turizm sahəsi sürətlə inkişaf etməkdədir. Təkcə 2011-ci ildə Azərbaycanda 6 yeni beşulduzlu mehmanxana istifadəyə veriləcək».

A.İsmiyev həmçinin bildirib ki, hazırda ölkədə 500-ə yaxın hotel fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR