Bank Of Baku

Ekspert: Azərbaycanda turizmin ən böyük problemi xidmətlərin səviyyəsi ilə bağlıdır

Ekspert: Azərbaycanda turizmin ən böyük problemi xidmətlərin səviyyəsi ilə bağlıdır
# 27 aprel 2011 12:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda daxili turizm sahəsində ən böyük problem göstərilən xidmətlərin səviyyəsi ilə bağlıdır. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, Nazirlik tərəfindən bu problemi aradan qaldırmaq üçün müvafiq tədbirlər görülür: «Məsələn, may-iyun ayları ərzində Türkiyə Turizm Nazirlyinin peşəkar nümayəndələri Azərbaycanın 4 regionunda hotel komplekslərinin işçiləri üçün xidmət səviyyəsinin artırılmasına dair treninq kursları keçirəcək».

Türkiyə və Azərbaycanın turizm sektorunu müqayisə edən A.İsmiyev onu da bildirib ki, Türkiyə bu sahəni 1963-cü ildən inkişaf etdirir: «Azərbaycanda turizm sektoru yeni sahədir və cəmi 5-6 ildir ki inkişaf edir. Bu qısa bir müddət ərzində turizm sahəsini bu qədər inkişaf etdirə biləcək ikinci ölkə bəlkə də yoxdur».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR