Azərbaycanın regionlarında hotel çatışmazlığı problemi mövcuddur

Azərbaycanın regionlarında hotel çatışmazlığı problemi mövcuddur
# 27 aprel 2011 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son illər ərzində yay mövsümündə Azərbaycanın regionlarında hotel komplekslərində yer çatışmazlığı problemi müşahidə olunur. «APA-Economics»in məlumata görə, bunu Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, hazırda ölkə ərazisində 500-ə yaxın hotel kompleksi fəaliyyət göstərir: «Qiymətlərin bir qədər baha olmasına baxmayaraq, hotellərdə yay mövsümündə yer çatışmazlığı müşahidə olunur. Ümumiyyətlə, Azərbaycan hotellərində qiymətlər rəqabətdən asılıdır. Eyni zamanda, ölkədə nə qədər çox hotel olarsa, qiymətlər bir o qədər ucuzlaşar».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR