Bank Of Baku

Bakıda Malayziyanın turizm imkanlarına dair təqdimat keçirilib

Bakıda Malayziyanın turizm imkanlarına dair təqdimat keçirilib
# 27 aprel 2011 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin işçiləri üçün Malayziyanın turizm imkanlarına dair seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbir çərçivəsində seminar iştirakçılarına Malayziya haqqında ətraflı məlumat verilib və qeyd olunub ki, Asiyanın cənub-şərqində yerləşən Malayziyanın 63%-ni cəngəlliklər təşkil edir. Ölkəyə gələn turistlər dayvinq (sualtı üzgüçülük), atraksion, diskoteka, çimərlik və digər əyləncələrdən istifadə edir. Ümumiyyətlə, Malayziyanın bir çox hotellərinin ərazisində çimərliklər mövcuddur. Ölkədə dünyanın əksər tanınmış hotel brendləri təmsil olunub.

Malayziyaya «Türk Hava Yolları», «Emirates» kimi aviaşirkətlərin birbaşa aviareysləri ilə gəlmək olar. Ümumiyyətlə, Malayziyaya 45 beynəlxalq aviamarşrut yerinə yetirilir.

Sonda seminar iştirakçıları öz mövqeylərini bildirərək qeyd ediblər ki, Azərbaycandan Malayziyaya əsasən aviabiletlərin baha olması, çarter aviareysinin olmaması azərbaycanlı turistlərdə bu ölkəyə maraq oyatmır.

Qeyd edək ki, Azərbaycandan Malayziyaya bir həftəlik iki nəfərlik istirahət turpaketinin orta qiyməti 2,5-3 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR