Bank Of Baku

Nazir Əbülfəs Qarayev: “Gələcəkdə Azərbaycanın turizm sektorunda imtiyazlar tətbiq oluna bilər”

Nazir Əbülfəs Qarayev: “Gələcəkdə Azərbaycanın turizm sektorunda imtiyazlar tətbiq oluna bilər”
# 28 aprel 2011 09:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Azərbaycanda turizm sahəsində imtiyazlardan danışmaq hələ tezdir. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, imtiyazlar praktikası dövlət iqtisadiyyatına müsbət nəticələr vermir: “Turizm sahəsində fəaliyyət rəqabət qaydaları çərçivəsində aparılmalıdır. Əgər imtiyazlar tətbiq edəsi olsaq, turizm sektorunda bir çox sənayelər var ki, onlara da güzəştlər verməli olacağıq. Amma ölkəyə turist axını 1-2 il müddətində artsa və hiss etsək ki, büdcəyə daxil olan vəsait olduqca böyükdür, bunun daha da artması üçün imtiyazlardan istifadə oluna bilər”.

Nazir qeyd edib ki, Azərbaycanda turizmin inkişafı dövlətin diqqət mərkəzindədir: “Azərbaycanda turizmin inkişafı üçün verilən kreditlər, fonddan ayrılan vəsait və bu kimi imkanlar onu göstərir ki, dövlətin turizm sahəsinə dəstəyi var. Turistlər üçün vizanın verilməsinin sadələşdirilməsi, korrupsiya ilə mübarizə imkan verir ki, ölkədə fəaliyyət göstərən hotellər daha sərbəst işləsin”.

Ə.Qarayev ölkədə fəaliyyət göstərən hotellərin sayının 500-ə çatdığını vurğulayıb: “Hazırda 45 hotel və motel inşa olunur. Prioritet isə şübhəsiz ki, Şahdağ Qış-Yay Turizm Kompleksidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR