Bank Of Baku

Azərbaycan milli turizm bazarının dünya bazarına çıxması üçün tədbirlər görəcək

Azərbaycan milli turizm bazarının dünya bazarına çıxması üçün tədbirlər görəcək
# 28 aprel 2011 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu ilin sonunadək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm bazarının dünya bazarına daha rəqabətli çıxması üçün müəyyən tədbirlər görəcək.

APA-ECONOMICS”in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, turizmin inkişafına dair dövlət proqramı çərçivəsində ölkədə azad rəqabətin təmin olunması yolu seçilib: “Rəqabət və təkliflərin müxtəlifliyi qiymətləri aşağı salacaq. Bu ilin sonunadək müəyyən tədbirlər görüləcək ki, bu da Azərbaycan turizm bazarının dünya bazarına daha rəqabətli çıxmasına imkan yaradacaq. Həm keyfiyyət, həm də müəyyən qədər qiymətlərin tənzimlənməsi aparılacaq. Xidmət qiymətə uyğun olacaq, biz müdaxilə etməyəcəyik. Lakin hotellər göstərmədiyi xidmətlərə görə qiyməti aşağı salmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR