Bank Of Baku

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının nümayəndələri ilə görüşüb

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının nümayəndələri ilə görüşüb
# 28 aprel 2011 13:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən X Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının nümayəndələri Dmitri İlyin və Alla Peresolova ilə görüşüb. APA-nın məlumatına görə, görüş zamanı tərəflər Azərbaycanın Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Əməkdaşlıq çərçivəsində növbəti iki il ərzində turizm sahəsi üzrə statistika seminarlarının keçirilməsi nəzərdə tutulub. İlk seminarın təşkili 2011-ci ilin oktyabr ayına planlaşdırılır.

Ə. Qarayev Ümumdünya Turizm Təşkilatının baş direktorunu cari ilin oktyabrında Azərbaycana səfərə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR