AZAL Türkiyə kurortlarına aviabiletlərin bahalaşmasına aydınlıq gətirib
Qurumun xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, AZAL xarici aviaşirkətlər tərəfindən kəskin rəqabət şəraitində fəaliyyət göstərir və bununla əlaqədar olaraq müasir texnikanın alınması üçün kreditlərin ödənilməsi məqsədilə beynəlxalq reyslərdə maliyyə səmərəliliyinin artırılmasına çalışır.
Belə ki, AZAL bu yaxınlarda 6 ədəd «Aerobus 320» təyyarəsi alıb, mayın sonunda Azərbaycana müasir tipli «Boeing 767» təyyarəsi gətiriləcək, daha bir belə təyyarə Bakıya gələn il gətiriləcək. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan «Boeing 787-Dreamliner» tipli iki təyyarə alacaq və 2014-cü ildən bu təyyarələrin istismarına başlayacaq. Bu təyyarələr ən uzaq məsafələrə (Amerika, Cənub-Şərqi Asiya və s. istiqamətlərə) reyslər həyata keçirəcək: «Bununla əlaqədar olaraq AZAL Türkiyənin kurort zonalarına uçuşları maliyyə baxımından əlverişli imkan hesab edir».
M.Səfərlinin sözlərinə görə, bu reyslərin qısamüddətli, yəni yalnız yay mövsümündə yerinə yetirildiyini nəzərə alaraq, bunların bahalığı başa düşüləndir. Başqa sözlə, aviabiletlərin bahalaşmasının əsas səbəblərindən biri AZAL-ın yeni təyyarələrin alınması və digər layihələrlə bağlı xərclərini ödəmək üçün gəlirlərini artırmaq istəyidir.
Bahalaşmanın digər səbəbi regionda baş verən hadisələr, eləcə də siyasi vəziyyət, habelə dünya bazarında yanacağın və avronun bahalaşması ilə bağlıdır. Belə ki, ərəb ölkələrində siyasi vəziyyətin gərginləşməsindən sonra Türkiyəyə turist axını güclənib. Bundan başqa, dünya bazarında neftin bahalaşması nəticəsində Türkiyənin hava limanlarında aviayanacağın qiyməti artıb: «Ötən il yanacağın tonu 450-470 dollar olduğu halda, hazırda bu qiymət 2 dəfədən çox artaraq 1000 dollardan çoxdur».
M.Səfərli bildirib ki, bütün bunlar, xüsusilə də avronun məzənnəsinin yüksəlməsi Türkiyənin hava limanlarında məzənnə və yığımların artmasına, bu isə öz növbəsində biletlərin bahalaşmasına səbəb olub: «Bundan başqa, Türkiyənin hava limanlarında yerüstü xidmətdən başlayaraq, bort qidasının qiymətinin artırılmasınadək istehsal xərclərinə çəkilən xərclər də çoxalıb. Xidmət dəyərinin, haqq və yığımların artımı nəinki aviasiya sənayesinə, hətta Türkiyənin kurort biznesinə də təsir göstərib».
AZAL rəsmisi xatırladıb ki, ICAO-nun qərarı ilə aviabiletlər yalnız avro ilə satılmalıdır. Bu isə avronun məzənnəsinin yüksəlməsi fonunda biletlərin bahalaşmasına səbəb olub: «Hətta bu şəraitdə AZAL vəziyyətdən istifadə edərək həddən artıq qazanc əldə etmək məqsədi güdmür. Belə ki, 2010-cu ildə Antalya və Bodrum istiqamətlərində aviabiletin dəyəri 416 avro olduğu halda, indi qiymətlər 476 avrodur və ya ötən ilkinə nisbətən cəmi 60 avro bahadır».
Qeyd edək ki, turizm şirkətləri ötən il Antalyaya uçuş qiymətlərinin 416 avro deyil, 310-320 manat olduğunu, yəni bu il qiymətlərin 220 manat artdığını bildirir.
Yeri gəlmişkən, AZAL-da xüsusi vurğulayıblar ki, bu istiqamətdə AZAL-dan başqa şirkətlər də uçuşlar təşkil edir. Belə ki, Türkiyənin bir sıra şirkətləri İstanbul, Adana və s. şəhərlərdən keçməklə Bakıdan bu istiqamətə uçuşlar təşkil edir. Amma bunların qiyməti nisbətən bahadır.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB