Bank Of Baku

Litvanın turizm imkanlarına həsr olunmuş seminar-təqdimat keçirilib

Litvanın turizm imkanlarına həsr olunmuş seminar-təqdimat keçirilib
# 02 may 2011 11:24 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Litvanın Azərbaycandakı səfirliyində bu ölkənin turizm imkanlarına həsr olunmuş seminar-təqdimat keçirilib. APA-nın xəbərinə görə, tədbir Litva prezidenti Dali Qribauskaytenin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.

Litva səfiri Kestutis Kudzmanas bildirib ki, turizm sahəsində biznesin inkişafı baxımından Litva-Azərbaycan münasibətləri böyük potensiala malikdir və bu tədbirdə məqsəd ölkələr arasında bu sahədə əlaqələri fəallaşdırmaq və Litvanın turizm biznesinə yatırımları təşviq etməkdir.

Litva Turizm Departamentinin nümayəndəsi Raymonda Balnene tədbirdə iştirak edən Azərbaycan turizm şirkətlərinin təmsilçilərinə Litvanın müxtəlif növ turizm imkanları (iş, idman, tarixi-mədəniyyət, sağlamlıq) haqda məlumat verib. O, 2010-cu ildə Litvaya 1,5 milyon xarici turistin gəldiyini açıqlayıb: “Bunlar əsasən qonuş ölkələr – Rusiya, Belarus, Polşa və Almaniyadan gələnlərdir. Təəssüf ki, Litvaya gələn azərbaycanlı turistlərin sayı çox deyil. Ümid edirik ki, yaxın vaxtlarda onların sayı artacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR