Bank Of Baku

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Sammitində iştirak edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Sammitində iştirak edəcək
# 04 may 2011 10:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mayın 17-dən 19-dək ABŞ-da üç ildən bir keçirilən Ümumdünya Turizm Sammitində iştirak edəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında nazir özü bildirib. Sammit çərçivəsində Ə. Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə də görüşəcək. Sammitdə Azərbaycanla bağlı xüsusi təqdimat nəzərdə tutulmasa da, Azərbaycan nümayəndə heyətinin çıxışı nəzərdə tutulur. Sammit çərçivəsində bir neçə mühüm görüşlərin keçirilməsi də gözlənilir: “Sammitdə bir neçə ölkənin nazirləri və dünyanın aparıcı turist şirkətlərinin rəhbərləri ilə görüşlər nəzərdə tutulur. Bu il Azərbaycanda “Turizm İli” elan olunub. Biz istəyərdik ki, sammitdə Azərbaycanda bu sahədə gedən inkişaf haqqında lazımi məlumat təqdim olunsun”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR