Bank Of Baku

Nazir: «Azərbaycandakı turizm şirkətləri və otellər yayda qiymətləri aşağı salacaq»

Nazir: «Azərbaycandakı turizm şirkətləri və otellər yayda qiymətləri aşağı salacaq»
# 11 may 2011 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Nazir deyib ki, daxili turizmdə qiymətlərin aşağı salınması ilə bağlı xüsusi sənəd hazırlanır: «Bu yay mövsümündə Azərbaycanda turizm xidmətləri göstərən şirkətlər və otellərin təklif etdiyi qiymətlər keçən ilə nisbətən daha münasib olacaq».

Ə.Qarayev turizm sektorunda qiymətlərin nə qədər aşağı salınacağını açıqlamayıb: «Bu, hər bir otelin öz qərarı və iqtisadi durumu ilə əlaqəli məsələdir. Bu, bizim tövsiyədir. Lakin bu tövsiyə sadəcə söz xarakteri daşımır. Ümidvarıq ki, iyun ayının ortasından başlayaraq, artıq bu qiymətlərin aşağı salınmasını hiss edəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR