Bank Of Baku

Azərbaycanda daxili turizmlə bağlı sifarişlərin xüsusi çəkisi ötən il 23% olub

Azərbaycanda daxili turizmlə bağlı sifarişlərin xüsusi çəkisi ötən il 23% olub
# 11 may 2011 12:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə 2 vahid artaraq 126-ya çatıb, onların gəlirləri 1,2 mln. manat və yaxud əvvəlki ilə nisbətən 6,9% artaraq 19,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri 25,8 mln. manat olub. Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 19,8 mln. manat (xüsusi çəki - 76,7%), Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 4,3 mln. manat (16,7%), ölkə ərazisində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri isə 1,7 mln. manat (6,6%) təşkil edib.

«Xidmət göstərilmiş turistlərin sayı əvvəlki illə müqayisədə 10,2 min nəfər artaraq 69,9 min nəfər, tur-günlərin sayı 75,1 min tur-gün artaraq 458,6 min tur-gün olub. Turizm müəssisələri vasitəsilə Azərbaycana gələn əcnəbi turistlərin sayı 1,5% artaraq 12,1 min nəfər olub. Xarici ölkələrə göndərilən Azərbaycan vətəndaşlarının sayı 27,6% artaraq 44,7 min nəfər, ölkə daxilində səyahət etmək üçün göndərilmiş Azərbaycan vətəndaşlarının sayı isə 3% artaraq 13,1 min nəfər olub. Bu müəssisələrdə çalışan işçilərin sayı əvvəlki illə müqayisədə 1,8% artaraq 1 418-ə çatıb. İşçilərin orta aylıq əmək haqqının məbləği 24 manat artaraq 326 manat təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR