Bank Of Baku

Daşkəsəndə “Kurortların inkişaf perspektivləri” mövzusunda seminar keçirilib

Daşkəsəndə “Kurortların inkişaf perspektivləri” mövzusunda seminar keçirilib
# 14 may 2011 12:37 (UTC +04:00)
Bakı - APA. İqtisadi İnkişaf Nazirliyinin (İİN), Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Daşkəsən rayonunda “Kurortların inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.

İİN-dən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin Gəncə-Qazax regional bölməsinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri, eləcə də 40-dan çox sahibkar iştirak edib.

“Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində keçirilmiş seminarda regionun kurort işçilərinin peşə səviyyəsinin artırılması, maarifləndirmə təlimlərinin keçirilməsinin zəruriliyi qeyd olunmuş, regionda dünya standartlarına cavab verən sanatoriya, kurort və pansionatların, eləcə də turizm obyektlərinin yaradılması üçün investorların cəlb olunması barədə fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR