“Eurovision”da qalibiyyət Azərbaycanın turizm sektoruna 60 mln. manatadək əlavə gəlir gətirə bilər
Onun sözlərinə görə, ümumiyyətlə, beynəlxalq arenada Azərbaycanın istənilən qələbəsi - istər idman, istər incəsənət sahəsində - Azərbaycanın bir ölkə kimi tanınması üçün böyük əhəmiyyət daşıyır ki, bu da son nəticədə ölkənin turizm sənayesinə müsbət təsir edir: «Azərbaycanın müsabiqədə qalib gəlməsi ən azı Avropada Azərbaycanı tanımayan vətəndaşlara bir istiqamət verəcək və internetdə bizim ölkə barədə əlavə məlumat almağa həvəsləndirəcək».
Ekspert qeyd edib ki, Azərbaycan xarici vətəndaşlar tərəfindən marağa və turist axınına hazır olmalıdır. Belə ki, ölkədəki internet resursları işlərini təkmilləşdirməli və daha yaxşı qurmalıdırlar ki, ölkə haqqında daha dolğun məlumat versinlər: «Eləcə də yeni resurslar yaradılmalı və Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları – tarixi yerləri, turist marşrutları barədə daha geniş məlumatlar verilməlidir».
Qeyd edək ki, bir ildən sonra Azərbaycanda «Eurovision» müsabiqəsi keçiriləndə iştirakçılarla yanaşı, ölkəyə çoxsaylı turistlər də gələcək. Yeri gəlmişkən, yaxın vaxtlarda xarici vətəndaşların Azərbaycana gəlməsi üçün viza alınması qaydalarının sadələşdirilməsi də gözlənilir: «Ona görə də ölkənin turizm infrastrukturu da buna artıq indidən hazırlaşmalıdır». Ekspertlərin sözlərinə görə, gələcək turistlərə yüksək səviyyəli xidmət göstərilməsi üçün restoran və mehmanxanalarda əməkdaşlar üçün treninqlərin keçirilməsini, həmin obyektlərdə internet şəbəkələrinin quraşdırılmasını, taksi xidmətinin keyfiyyətinin yüksəldilməsini, sürücülərin az da olsa, xarici dildə danışmasını təmin etmək lazımdır. Bundan başqa, müsabiqənin davam edəcəyi 10-12 gün ərzində turizm şirkətləri turistlərin asudə vaxtını təşkil etmək üçün yaxşı olardı ki, artıq indidən müxtəlif turlar, ekskursiyalar, yaxın rayonlara turizm marşrutları təşkil etsinlər.
F.Qürbətovun sözlərinə görə, müsabiqə zamanı ölkəyə təqribən 10-15 min əlavə turistin gəlməsi gözlənilir. Bunun 2 mini müsabiqəni işıqlandıran mətbuat nümayəndələri, daha 2-3 min nəfər isə təşkilatçılar, iştirakçılar və onları müşayiət edənlərdir.
«Eurovision» müsabiqəsinin Azərbaycanda keçirilməsinin ölkəyə gələn turistlərin sayına təsiri ilə bağlı Mədəniyyət Turizm Nazirliyinin ilkin proqnozları daha optimistdir. Nazirliyin «Daxili turizmin inkişafı» sektorunun müdiri Mahir Qəhrəmanovun sözlərinə görə, hətta belə müsabiqə olmayanda da ölkəyə gələn turistlərin sayı hər il 7%-dək artır. Sonuncu müsabiqə Almaniyaya 70 minə yaxın turist cəlb edib: «Bunu nəzərə alsaq, bu qədər olmasa da, təqribən buna yaxın sayda turistin gəlməsini gözləmək mümkündür». M.Qəhrəmanovun sözlərinə görə, xüsusilə qonşu ölkələrin Azərbaycana marağı böyükdür: «İran, Rusiya və başqa ölkə vətəndaşlarının bura gəlmək ehtimalı çoxdur». Viza rejiminin sadələşdirilməsi də ölkəyə turizm axınını artıracaq.
Amma buna ölkənin turizm infrastrukturu da hazır olmalıdır. Qeyd edək ki, hazırda Azərbaycan hotellərində 31 mindən artıq yataq yeri var. 2012-13-cü illərə kimi bu rəqəmin 50 minə çatdırılması nəzərdə tutulur. Amma müsabiqənin vaxtınadək hotel yerlərinin sayı 40 mindən az olacaq: «Buna görə də müsabiqə dövründə ehtiyac yaranarsa, xarici turistlərin yerləşdirilməsi üçün digər variantlardan, o cümlədən kirayə üsullarından istifadə oluna bilər».
İndiyədək aparılan araşdırmalar göstərir ki, ölkəyə gələn hər turist burda həftə ərzində azı 800 manat pul xərcləyir. Bu rəqəmləri nəzərə alanda müsabiqənin keçirilməsi nəticəsində Azərbaycanın turizm industriyası müxtəlif qiymətləndirmələrə görə, 15-60 milyon manatlıq əlavə gəlirə ümid edə bilər.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb
Tramp: Biz çox yaxın zamanda Kirk dağına zərbə endirə bilərik