Bank Of Baku

“Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” müzakirə edilib

“Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” müzakirə edilib
# 16 may 2011 15:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Bakı Biznes Tədris Mərkəzinin nümayəndələri, eləcə də Şəkidə turizm sahəsində fəaliyyət göstərən 20-dən çox sahibkar iştirak edib.

Seminarda turizm obyektlərində xidmətlərin dünya standartlarına uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub, turistlərin qarşılanmasının, yerləşdirilməsinin, qidalanmasının, turizm marşrutları üzrə gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili və s. barədə ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR