Bank Of Baku

Azərbaycanın mədəniyyət və turizm naziri 11-ci Qlobal Səyahət və Turizm Sammitində iştirak edir

Azərbaycanın mədəniyyət və turizm naziri 11-ci Qlobal Səyahət və Turizm Sammitində iştirak edir
# 19 may 2011 14:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən 11-ci Qlobal Səyahət və Turizm Sammitində iştirak edir. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sammitə bir sıra ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturlarının və şəbəkələrinin, turizm və səyahət şirkətlərinin rəhbərləri, şəhər merləri də daxil olmaqla 65 ölkədən nümayəndə heyəti qatılıb. Azərbaycan nümayəndə heyəti ilk dəfədir ki, bu mötəbər tədbirdə iştirak edir.

Tədbirdə turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə müzakirələr aparılıb.

Sammit çərçivəsində Ə. Qarayevin bir sıra ikitərəfli görüşləri planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR