Bank Of Baku

Xəzər dənizində Respublika Günü münasibətilə kruiz gəzintisi təşkil olunacaq

Xəzər dənizində Respublika Günü münasibətilə kruiz gəzintisi təşkil olunacaq
# 25 may 2011 13:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 28 May - Respublika Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi, “Millennium Tourism & Congress DMC”nin təşkilatçılığı ilə Xəzər dənizində kruiz gəzintisi həyata keçiriləcək.

Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, Respublika Günü münasibətilə Xəzər dənizində “General Əsədov” gəmisində 200 nəfərlik heyət üçün 6 saatlıq gəzinti, ziyafət və konsertin keçirilməsi, həmçinin tədbir çərçivəsində bayram münasibətilə atəşfəşanlığın canlı olaraq dənizdən izlənilməsi nəzərdə tutulur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədinin olması çeşidli turizm məhsullarının yaradılmasına münasib zəmin yaradır. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan proqramda aparıcılar, incəsənət xadimləri və rəqqaslar çıxış edəcək.

28 May - Respublika günü münasibətilə təşkil olunacaq kruizdə Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqlar da iştirak edəcək. Sözügedən tədbir turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində 2010-cu ildən etibarən “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək” layihəsi adı altında həyata keçirilən tədbirlər silsiləsindən hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR