Bank Of Baku

Azərbaycan Turizm İnstitutunda Misir Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüş keçirilib

Azərbaycan Turizm İnstitutunda Misir Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüş keçirilib
# 27 may 2011 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Turizm İnstitutunda Azərbaycandakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri professor Adel Dərvişlə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Turizm İnstitutunun müəllim və tələbə heyəti iştirak edib. Görüşdə çıxış edən Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov qonağı salamlayıb. A. Dərviş görüş iştirakçılarını Misirin turizm potensialı ilə tanış edib. O bildirib ki, Misirdə fərqli bir mədəni irs var və bu min illərə söykənir: “Misir müxtəlif sivilizasiyalardan keçib və bu vaxt ərzində müxtəlif mədəniyyətləri özündə cəm edib. Misir turist ölkəsidir və min ilə yaxındır ki, avropalılar onu ziyarət edirlər, burada turizmin bütün sahələri var. Misirdə turizm sahəsinə aid olan bütün elementlər mövcuddur”.

Görüşdə Misirin turizmini əks etdirən xüsusi video-çarxlar nümayiş etdirilib. Eləcə də Turizm İnstitutunun foyesində Misirin milli geyimləri, rəsm əsərləri, əl işləri sərgilənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR