Bank Of Baku

Azərbaycanda turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb
# 27 may 2011 11:43 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Nazirlik tərəfindən görüşdə nazirin birinci müavini Vaqif Əliyev və aparatın rəhbəri Firuddin Qurbanov iştirak ediblər.

F.Qurbanov «Azərbaycanın turizm sahəsində perspektivlər» mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda ümumdünya turizm sahəsi, Azərbaycanın turizm sahəsinin hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib. Təqdimata əsasən, son illər ərzində Azərbaycana gələn xarici turistlərin sayı daim artır, müxtəlif amillər nəzərə alınmaqla ölkənin turizm potensialı çox böyükdür və Nazirlik tərəfindən bu sahənin inkişafı üçün kompleks tədbirlər görülür. Bu işlər həm 2010-2014-cu illərə əhatə edən müvafiq dövlət proqramı, həm də 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırıqları əsasında aparılır. Eyni zamanda o, turizmin inkişafına mane olan amillərə də toxunub və bunların arasında ən vacibi kimi Dağlıq Qarabağın probleminin həll olunmaması və bundan irəli gələn məsələləri qeyd edib.

F.Qurbanov bildirib ki, Azərbaycanda «Turizm haqqında» yeni qanun layihəsi hazırlanıb. Sənəd icra hakimiyyəti orqanlarının rəyləri nəzərə alınaraq hökumətə təqdim olunub. Onun sözlərinə görə, qanun layihəsində turizm sahəsinin inkişafı ilə bağlı tam yeni və fərqli yanaşmalar, müasir tələb və baxışlar əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR