Bank Of Baku

Xəzər dənizində 28 May - Respublika günü münasibətilə 6 saatlıq gəmi gəzintisi təşkil olunub- FOTOSESSİYA

Xəzər dənizində 28 May - Respublika günü münasibətilə 6 saatlıq gəmi gəzintisi təşkil olunub- <font color=red>FOTOSESSİYA</font>
# 30 may 2011 09:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Millennium Tourism & Congress DMC” 28 May - Respublika Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin dəstəyi ilə Xəzər dənizində 6 saat müddətində gəzinti təşkil edib.

APA-nın məlumatına görə, mayın 28-də “General Əsədov” gəmisində reallaşdırılan tədbirdə “Millennium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev, Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov çıxış ediblər.

Bildirilib ki, prezident İlham Əliyevin 2011-ci ili “Turizm İli” elan etməsi turizm sənayesi işçilərini daha əhatəli və fundamental şəkildə fəaliyyət göstərməyə sövq edir. Turizmin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində 2010-cu ildən etibarən “Azərbaycanda yeni turist marşrutlarını kəşf edək” layihəsi adı altında həyata keçirilən tədbirlər məqsədyönlü şəkildə davam etdirilir: “Azərbaycanın əlverişli coğrafi mövqeyi və Xəzər dənizi boyunca 800 km-dən artıq su sərhədimizin olması çeşidli turizm məhsullarının yaradılmasına münasib zəmin yaradır. Əsas məqsəd ölkəmizdə mövcud olan turizm potensialını daha geniş miqyasda, müvafiq tədbirlərlə, müxtəlif vasitələr və ölkədəki partnyorlarla birgə tanıtmaqdır”.

Tədbir çərçivəsində “Skal İnternational” Beynalxalq Turizm Təşkilatı Bakı Klubunun növbəti 9-cu toplantısı da keçirilib. “Eurovision” musiqi yarışmasının 2012-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmizin turizm sektorunun hazırlığı məsələsi əsas müzakirə mövzusu olub.

Toplantıda “Skal Bakı”nın prezidenti R.Quliyev rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən və reallaşdırılacaq layihələrdən danışın.
Qurumun üzvləri maraqlı təkliflərlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR