Bank Of Baku

Azərbaycanda viza rejiminin sadələşdirilməsi prosesi yubanır

Azərbaycanda viza rejiminin sadələşdirilməsi prosesi yubanır
# 31 may 2011 15:41 (UTC +04:00)
Ancaq dövlət tərəfindən nəzərdə tutulan bu məsələ artıq tam olaraq hazırdır və çox yüksək səviyyədə həyata keçiriləcək. Bu, Azərbaycanın dövlət siyasətidir”. Bu barədə APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Mahir Qəhrəmanov Azərbaycanda viza rejiminin sadələşdirilməsi ilə bağlı həyata keçiriləcək məsələyə münasibət bildirərkən deyib.

Turizm şöbəsinin müdir müavini qeyd edib ki, viza rejiminin sadələşdirilməsi tək “Eurovision”a gələn turistlər üçün deyil, bütün qonaqlara aiddir: “Ola bilməz ki, bu müsabiqəyə gələn qonaqlar ayrı qapıdan, digər insanlar isə ayrı qapıdan keçsinlər. Azərbaycan hər zaman qonaqpərvərliyi ilə seçilib və bu davamlı olacaq. Yaxın vaxtlarda bu prosesə başlanacaq və ölkəmizə təşrif buyuracaq insanlar bizim necə insansevər olduğumuzun şahidi olacaqlar. Bu hal Azərbaycana gələn turistlərin sayının artımına da müsbət təsir edəcək”.

M.Qəhrəmanov qeyd edib ki, Azərbaycana gələn turistlərin daha yüksək səviyyədə qarşılanması üçün onların qarşısına peşəkar və hazırlıqlı işçilər çıxarılacaq, bunun üçün silsilə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycanda 2011-ci ilin Turizm ili elan edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər planının hazırlandığını bildirən M.Qəhrəmanov planın digər nazirliklərlə razılaşdırıldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, tədbirlər planının təsdiqi üçün bəzi texniki prosedurlar mövcuddur və bu da yaxın vaxtlarda həllini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR