“Turizm İli” çərçivəsində Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil edilib – FOTOSESSİYA
İnfotur ilk əvvəl qədim Şabran şəhərinin qalıqlarına ekskursiya ilə başlayıb. Bu səfər həm də “Palma”nın 10 illik yubileyinə təsadüf edib və elə bu münasibətlə istirahət mərkəzində xüsusi konfrans təşkil edilib. Konfrans iştirakçıları 2011-ci ilin ölkədə turizm ili elan olunduğunu bir daha xatırladaraq, ölkənin turizm sektorunda görüləcək işlərdən söz açdılar. Xaçmaz Rayon İcra Hakimiyyətinin I müavini Akif Mərdanov bildirib ki, il ərzində Xaçmaz rayonun ərazisindəki istirahət mərkəzlərində çoxlu sayda qonaq dincəlir və onların sayı hər il artmaqdadır. “Palma” Ticarət mərkəzinin rəhbəri Qəndalı Məmmədov turizmin inkişafı naminə bütün işləri həyata keçirməyə hazır olduqlarını söyləyib.
Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bu il institutu 300-ə yaxın tələbə bitirəcəyini və həmin tələbələrin ölkənin turizm bazarında çalışmağa başlayacağını diqqətə çatdırıb. “Millenium Tourizm & Conqress” şirkətinin, eyni zamanda “SKAL” Bakı Turizm Professionalları Assosiasiyasının rəhbəri Ruslan Quliyev də çıxışında turizm sahəsində peşəkarların çalışmasının vacib olduğunu deyib: “Azərbaycanda turizm ilinin qeyd olunması tarixi bir şeydir və bununla bağlı tədbirlər planı hazırlanıb. “Azərbaycanda yeni marşrutla kəşf edək” layihəsi çərçivəsində bu il bir neçə silsilə tədbirlər həyata keçirilib. Bu infotur miqyasına görə ilk belə işdir. Məqsəd regionunun turizm potensialını daha dərindən öyrənmək, bölgədə mövcud olan turizm obyektləri ilə və konkret “Palma” İstirahət Mərkəzi ilə turizm şirkətlərinin işgüzar əlaqələrinin yaradılmasıdır. Bu münasibətlərdə bütün müqavilə öhdəlikləri və qiymətlərdə bir sabit rejimin saxlanılması, ümumilikdə bəlli bir endirimlərə nail olmaq da lazımdır. Ən əsas məqsəd bu bölgəyə daha çox xarici turistlər və Azərbaycan vətəndaşlarının cəlb olunmasından ibarətdir. Əslində biz turizmçilər bu ildən çox şey gözləyirik və güman edirəm ki, bu ilin elan olunması da təsadüfi hadisə deyil. Bu 10 ildə turizm sahəsində aparılan uğurlu siyasətin məntiqi davamı kimi qiymətləndirməməlidir”.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkə turizminin problemlərinə toxunaraq bildirib ki, Azərbaycan turizminin inkişafının öz modeli və yolu olmalıdır: “Biz Türkiyə, Fransa turizminin 60 ildə keçdiyi yolu birdən etmək istəyirik. Qiymətlərin endirilməsi üçün də zaman lazımdır. Artıq ölkədə turizm sahəsində kəmiyyət göstəricilərindən keyfiyyət göstəriciliyinə keçməyin vaxtıdır”.
Sonra qonaqların şərəfinə “Palma” İstirahət Mərkəzinin milli və Avropa mətbəxinin nümunələrinin təqdim olunduğu restoranında ziyafət təşkil olunub. Millenium Tourizm & Conqress şirkətinin və “Palma” İstirahət Mərkəzinin birgə təşəbbüsü ilə infoturda iştirak edən hər kəsə aktiv iştiraklarına görə sertifikatlar və hədiyyələr təqdim edilib.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq