Bank Of Baku

Bakı dünyanın ən bahalı şəhərlərinin reytinqində 19 pillə geriləyib - CƏDVƏL

Bakı dünyanın ən bahalı şəhərlərinin reytinqində 19 pillə geriləyib - <font color=red>CƏDVƏL</font>
# 14 iyun 2011 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. ECA Beynəlxalq Təşkilatı ötən il olduğu kimi, bu il də dünyanın ən bahalı şəhərlərini müəyyənləşdirib. APA-nın təşkilatın saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın paytaxtı Bakı şəhərində 2010-cu ildən fərqli olaraq, 2011-ci ildə bahalaşmanın olmadığı ortaya çıxıb.

Ötən ilin yekunlarına görə dünyanın ən bahalı 30-cu şəhəri olan Bakı bu il 49-cu yerə düşüb. Ötən il olduğu kimi, bu il də dünyanın ən bahalı şəhəri Tokiodur. Dünyanın ən bahalı şəhərləri sırasında ikinci yerdə Oslo, üçüncü yerdə Naqoya, dördüncü yerdə Stavanger, beşinci yerdə isə Yokohama qərarlaşıb.

Dünyanın 20 ən bahalı şəhərləri sırasında yer alan Sidneydə ərzağın qiyməti 5,2% artıb, Avstraliya dolları möhkəmlənib ki, bu da mənzillərin qiymətinə təsir edir.

Papua Yeni Qvineyada 9,7%, Banqladeşdə 7%, Vyetnamda 6,2%, İndoneziyada 5,8%, Honq Konqda isə 5,5% bahalaşma var. Xanoy, Kəraçi şəhərlərində isə digər şəhərlərdən fərqli olaraq, ucuzlaşma var. 242-ci pilləni tutan Kəraçi Asiyada və ümumilikdə dünyada ən ucuz yer hesab olunur.

Rusiyanın Moskva şəhəri dünyanın ən bahalı 14-cü, Sankt-Peterburq isə 38-ci şəhəridir.

Norveçin paytaxtı Oslo Avropanın birinci, dünyanın isə ikinci ən bahalı şəhəri hesab olunur.

Amerikanın ən bahalı şəhəri Venesuelanın paytaxtı Karakasdır. Ondan sonra Braziliyanın Rio-de-Janeyro və San-Paolo şəhərləri gəlir. Şimali Amerikada isə ən bahalı şəhər Vankuver, Ottava, Toronto və Manhettendir.

Afrikanın ən bahalı şəhəri Anqolanın paytaxtı Luandadır. Sonrakı yerlərdə Librevil və Kinşasa gəlir. Onu da bildirmək yerinə düşər ki, Afrika ən ucuz paytaxtlara sahibdir. Maseru, İsgəndəriyyə, Durban da dünyanın ucuz şəhərləri sırasına daxildir. Yaxın Şərqin ən bahalı şəhəri Tel-Əviv sayılır. Onunla Dubay arasında qiymət baxımından çox böyük fərq var. 175-ci pillədə qərarlaşan Dubaydan fərqli olaraq, Tel-Əviv 29-cu pillədədir.

ECA reytinq cədvəlini hazırlayarkən şəhərlərin qida, içki, siqaret, eyni zamanda geyim, texnika, yaşayış evləri və kommunal xidmətlərin qiymətlərini əsas götürüb.

Dünyanın ən bahalı 50 şəhəri

2011-ci il  

Şəhərlər

Ölkələr

2010-cu il

1

Tokio

Yaponiya

1

2

Oslo

Norveç

2

3

Naqoya

Yaponiya

4

4

Stavanger

Norveç

6

5

Yokohama

Yaponiya

5

6

Sürix

İsveçrə

10

7

Luanda

Anqola

3

8

Cenevrə

İsveçrə

9

9

Kobe

Yaponiya

7

10

Bern

İsveçrə

11

11

Bazel

İsveçrə

12

12

Kopenhagen

Danimarka

8

13

Helsinki

Finlandiya

14

14

Moskva

Rusiya

15

15

Karakas

Venesuela

91

16

Sidney

Avstraliya

29

17

Stokholm

İsveç

20

18

Kanberra

Avstraliya

26

19

Librevil

Qabon

13

20

Paris

Fransa

16

21

Brisbane

Avstraliya

39

22

Seul

Koreya

19

23

Rio de Janeyro

Braziliya

27

24

Kinşasa

Konqo

22

25

Melburn

Avstraliya

36

26

Perth

Avstraliya

42

27

San-Paolo

Braziliya

52

28

Adelaide

Avstraliya

45

29

Tel-Əviv

İsrail

18

30

Hoteborq

İsveç

32

31

Abuja

Nigeriya

17

32

Braziliya

Braziliya

54

33

Yerusəlim

İsrail

21

34

Vyana

Avstriya

23

35

Berlin

Almaniya

25

36

Sinqapur

Sinqapur

68

37

Vankuver

Kanada

61

38

Sankt-Peterburq

Rusiya

59

39

Brüssel

Belçika

24

40

Ottava

Kanada

66

41

Dakar

Seneqal

58

42

Toronto

Kanada

70

43

Roma

İtaliya

38

44

Manhetten

Amerika

28

45

Honq Konq

Honq Konq

33

46

Pekin

Çin

55

47

Şanxay

Çin

46

48

Strasburq

Fransa

31

49

BAKI

AZƏRBAYCAN

30

50

Monreal

Kanada

73

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR