Bank Of Baku

«Eurovision» mahnı yarışması zamanı Azərbaycana 60 minə yaxın turistin gələcəyi gözlənilir

«Eurovision» mahnı yarışması zamanı Azərbaycana 60 minə yaxın turistin gələcəyi gözlənilir
# 16 iyun 2011 09:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. «Eurovision» mahnı yarışması zamanı Azərbaycana 60 minə yaxın turistin gələcəyi gözlənilir. APA-nın bildirdiyinə görə, bu barədə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.

Nazirin sözlərinə görə, hazırda təşkilat komitəsi hazırlıqla bağlı işlər aparır. Yaxın vaxtlarda mahnı yarışmasının keçiriləcəyi yer barədə də müvafiq qərar qəbul ediləcək.

Ə. Qarayev yarışmanın keçirilməsi ilə əlaqədar turistlərə göstəriləcək xidmətin səviyyəsinin yüksəldilməsi üçün otellərə “on-line” qeydiyyat sisteminin yaradılması və xidmət personalının peşəkarlığının artırılması məqsədi ilə tapşırıqlar verildiyini bildirib. Nazirin sözlərinə görə, “on-line” qeydiyyat prosesi bu ilin sentyabr ayınadək tamamlanacaq.

Ə. Qarayev hazırda Bakıda 6 yeni 5 ulduzlu mehmanxananın tikildiyini də bildirib. Həmçinin 6 ucuz – hostel tipli motelin istifadəyə verilməsi planlaşdırılır.

Nazir əlavə edib ki, yarışma dövründə Azərbaycana gələcək turistlərə Bakıdakı restoranlarda Azərbaycan milli mətbəxin nümunələri ilə tanış olmaq imkanları yaradılacaq. Bununla bağlı müvafiq tapşırıqlar veriləcək. Həmçinin otellərin işçi heyətləri üçün treninqlər təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR