Bank Of Baku

Sabah Azərbaycanda turizm mövsümü rəsmən açıq elan ediləcək

Sabah Azərbaycanda turizm mövsümü rəsmən açıq elan ediləcək
# 16 iyun 2011 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sabahdan Azərbaycanda 2011-ci ilin turizm mövsümü rəsmən açıq elan ediləcək. Bununla bağlı APA-ya açıqlama verən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mövsümün açılışı “Ramada” otelində təşkil olunacaq.

Bu il ölkədə yay turizm mövsümü müddətində bir sıra yeniliklərin həyata keçiriləcəyini bildirən nazir bu yenilikləri daxili turizmdən istifadə edəcək hər bir kəsin görəcəyini vurğulayıb.

İyunun 17-də keçiriləcək turizm mövsümünün açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, eləcə də bu işlə bilavasitə əlaqəli şəxslərin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR