Bank Of Baku

Payızda Bakıda «Sheraton» hoteli açılacaq

Payızda Bakıda «Sheraton» hoteli açılacaq
# 22 iyun 2011 09:01 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu hotelin açılması ilə «Starwood Hotels & Resorts Worldwide, Inc.» Azərbaycan bazarına çıxmaq istəyir ki, bu da yaxın üç il ərzində dünyada «Sheraton» brendi altında 60 mehmanxananın açılmasını nəzərdə tutan genişlənmə strategiyasının bir hissəsidir.

Şirkətin məlumatında deyilir ki, Bakı Azərbaycanın əsas iqtisadi bölgəsidir və turistlərin regionda ziyarət etdiyi əsas yerlərdən biridir. Qeyd olunur ki, «Sheraton»un yüksək reputasiyası xarici turistlər arasında Bakının beynəlxalq səviyyədə mövqelərini daha da möhkəmləndirəcək.

«Sheraton Baku Airport Hotel» Heydər Əliyev Hava Limanında yerləşəcək. Mehmanxanada 207 qonaq otağı, o cümlədən 14 lyuks otağı, nahar, konfrans zalları və bu şəbəkəyə aid olan bütün xidmətlər çeşidinin təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda «Sheraton» brendi altında 70 ölkədə 400 mehmanxana fəaliyyət göstərir. Bu brendə aid hotelləri idarə edən «Starwood Hotels & Resorts Worldwide, Inc.» bu sahədə dünyanın aparıcı şirkətlərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR