Bank Of Baku

Azərbaycanın regionlarındakı turizm obyektlərində monitorinqlər keçirilir

Azərbaycanın regionlarındakı turizm obyektlərində monitorinqlər keçirilir
# 22 iyun 2011 09:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda turizm mövsümünün başlanması ilə əlaqədar olaraq regionlardakı turizm obyektlərində monitorinqlərə başlayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə nazirliyin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxməmmədov bildirib.

Onun sözlərinə görə, hazırda nazirliyin mütəxəssisləri regionlardakı turizm obyektlərində göstərilən xidmətlərin və qiymətlərin səviyyəsini araşdırırlar: “Araşdırmalar ilkin olaraq şimal bölgəsində başlayıb. İlkin araşdırmalar qiymətlərin əsasən iri obyektlərdə ötən ilkinə nisbətən 10-15% ucuzlaşdığını göstərir. Rəqabət nəticəsində kiçik obyektlərin də qiymətləri aşağı salacağı gözlənilir”.

V.Şıxməmmədov qeyd edib ki, hazırda Bakı şəhərində 6 beşulduzlu hotel, regionlarda isə 43 mehmanxana və turizm obyekti tikilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR