Bank Of Baku

«Şahdağ» Turizm Kompleksində işlər hələlik dövlət hesabına aparılır

«Şahdağ» Turizm Kompleksində işlər hələlik dövlət hesabına aparılır
# 22 iyun 2011 11:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Qusardakı «Şahdağ» Turizm Kompleksinin tikintisinin I mərhələsi yalnız dövlət investisiyaları hesabına aparılacaq. “APA-ECONOMICS”in xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxməmmədov bildirib ki, bu mərhələ başa çatandan sonra bura özəl investisiyaların cəlb olunmasına baxılacaq.

Onun sözlərinə görə, hazırda kompleksin kommunikasiya xətləri və infrastrukturu çəkilir, eləcə də dördulduzlu mehmanxananın tikintisi gedir: “Hələlik bu işlər yalnız dövlət tərəfindən həyata keçirilir, I mərhələ uğurla başa çatdırıldıqdan sonra bura özəl investisiyaların cəlb olunmasına baxılacaq”.

V.Şəxməmmədov qeyd edib, hələlik bu layihə özəl sektorun investisiyaları üçün açılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR