Bank Of Baku

Azərbaycana gələn biznes turistlərinin sayı artıb

Azərbaycana gələn biznes turistlərinin sayı artıb
# 22 iyun 2011 11:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Son vaxtlar Azərbaycana gələn turistlərin sayında artım var. «Avropa» hotelinin baş meneceri Tolqa Akkaş «APA-Economics»ə bildirib ki, artım daha çox biznes turistlərinin sayında hiss olunur.

Onun sözlərinə görə, ölkəyə xüsusilə şirkət nümayəndələrinin səfərləri artıb: “Hələlik adi turistlərin sayında o qədər də ciddi artım yoxdur, amma «Euvrovision» müsabiqəsində Azərbaycanın qələbəsi və gələn il tədbirin burda keçirilməsi bu sahəyə təsirini göstərəcək”.

T.Akkaş qeyd edib ki, «Eurovision» musiqi müsabiqəsinin Azərbaycanda keçirilməsi turistlərin Azərbaycana təkcə müsabiqə dövründə yox, digər vaxtlarda gəlməsinə də səbəb olacaq. Belə ki, müsabiqə dövründə ölkəyə gəlməsi gözlənilən 50-100 min turistdən əlavə, müsabiqədən əvvəl və ondan sonra da turistlərin sayı artacaq: «Müsabiqə 1, maksimum 2 həftə davam edəcək, amma ondan əvvəl və sonra ölkəyə gəlmək istəyənlər artacaq». Menecerin sözlərinə görə, buraya gələn xaricilərin öz vətənlərində Azərbaycan haqda verəcəyi informasiyalar da ölkəyə marağı artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR