Nardaranda “Sea Breeze Resort” butik otelinin təntənəli açılışı olub - FOTOSESSİYA
Konsert proqramını tanınmış aparıcı və şoumen Murad Dadaşov aparıb. Konsertdə ilk dəfə olaraq Azərbaycanı indiyədək mötəbər “Eurovision” yarışmasında təmsil etmiş sənətçilər eyni səhnəni bölüşüblər. Əvvəlcə səhnəyə “Eurovision-2008” mahnı müsabiqəsində Azərbaycan təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə çıxıb, onlar “Day after day” mahnısını ifa ediblər. Elnur və Samirin çıxışı əvvəlcədən nəzərdə tutulmadığından onların ifası sürpriz kimi qarşılanıb. Daha sonra 2010-cu ildə Azərbaycanı sözügedən müsabiqədə təmsil edən Səfurə Əlizadə rəqs qrupunun müşayiəti ilə “Drip drop” və digər iki mahnısını ifa edib.
Müsabiqədə Azərbaycana üçüncülük gətirən Aysel Teymurzadə səhnəyə də üçüncü çıxıb. Aysel “Always”lə yanaşı, “Falling” və bu yayın hiti olan “Tonight”ı ifa edib. Aysel tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib, otelin açılışı münasibətilə hamını təbrik edib.
“Eurovision” müsabiqəsində Azərbaycana qələbə sevinci yaşadan Eldar Qasımov və Nigar Camal isə mərasimdə bütün Avropada dillər əzbərinə çevrilmiş “Running Scared” mahnısını ifa ediblər. Hər bir “Eurovision” təmsilçimizin ifası zamanı müsabiqə zamanı istifadə olunmuş səhnə effektləri nümayiş etdirilib.
Sonuncu ifaçı olaraq isə səhnəyə Rusiyada yaşayan azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov çıxıb. Emin səhnədə öz musiqiçiləri və bek-vokalçıları ilə çıxış edib. Emin həyatında ən önəmli insan kimi atasının adını çəkib, Araz Ağalarova sonsuz hörmət bəslədiyini deyib. Həyatında növbəti önəmli şəxs kimi isə o, dahi sənətkar Müslüm Maqomayevin adını çəkib, ifa etdiyi “My way” mahnısını ustadına həsr edib. Emin Ağalarov “Eurovision” iştirakçılarına da təşəkkür bildirib, Eldar və Nigarı qələbə münasibəti ilə bir daha təbrik edib: “Bu müsabiqədə Azərbaycan hər zaman seçilib. Bu gün siz bu səhnədə onların hər birini izlədiniz. Qalibiyyət isə möhtəşəm idi. Eldar və Nigara bu sevinci bizə yaşatdıqlarına görə bir daha təşəkkür edirəm. Ən sevindirici hal odur ki, Azərbaycan gələn il bu müsabiqəyə ev sahibliyi edəcək. Hər şeyin möhtəşəm olacağına əminəm. Çünki Azərbaycan möhtəşəmlər diyardır”.
Emin Ağalarov konsertdə daha bir neçə mahnı ifa edib, tamaşaçıların istəklərini də yerinə yetirib.
Bir saata yaxın səhnədə olan Emin, çıxışının sonunda yenə də Müslüm Maqomayevi xatırlayıb. O, konsertə sənətkarın ifasında “Ey əziz anam Azərbaycan” mahnısı ilə yekun vurub. Müslüm Maqomayevin ifası altında isə otelin açılışı münasibətilə möhtəşəm atəşfəşanlıq olub.
Mərasim daha sonra diskoteka ilə davam etdirilib. Tədbiri işıqlandırmaq üçün isə dəvət olunmuş media mənsublarına işləmək üçün lazımi şərait yaradılıb.
Sonda Murad Dadaşov bildirib ki, yeni butik otel iyulun 10-dan müştərilərin xidmətində olacaq.
Turizm
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
NK “Turizm haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamağı tapşırıb
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək
Xəbər Lenti
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək
Xark adasında İrana məxsus tanker hədəfə alınıb
"Bitcoin"in qiyməti 80 min dollardan aşağı düşüb
Ombudsman: Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı iddialar əsassız və qərəzlidir
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb, sürücü tutulub- YENİLƏNİB
Azərbaycan nefti 104.2 dollara ticarət olunur
İstanbulda hoteldə yanğında 12 nəfər xəsarət alıb
Dünya bazarlarında neft bahalaşıb
Rusiya qüvvələri Ukraynada zavoda raket zərbələri endirib, 4 nəfər ölüb
Argentina neft yataqlarının kəşfiyyatı və işlənməsi ilə məşğul olan 45 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
Azərbaycan nümayəndə heyəti COP31 sədrliyi çərçivəsində “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə iştirak edib
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçiriləcək
Tramp: Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib
ABŞ rəsmiləri İran müharibəsi ilə bağlı yalan detektoru testindən keçirilib
Britaniyanın maliyyə naziri: İrana qarşı müharibə qlobal iqtisadiyyata təzyiq göstərir
Yəmən hökuməti: Husilərin Bab əl-Məndəbə nəzarətinə imkan verməyəcəyik
Dövlət Departamenti ər-Riyada 5,75 milyard dollar dəyərində silah satışını təsdiqləyib
ABŞ-da dövlət qulluğuna namizədlərlə müsahibəni süni intellekt aparacaq
ABŞ İran müharibəsindən sonra Yaxın Şərqdə fəaliyyət strategiyası üzərində işləyir
La Liqa: “Real Madrid” bu mövsüm ilk məğlubiyyətini alıb
Ukrayna dörd günlük atəşkəs elan edib
Naxçıvanda ağır qəza olub, 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb - YENİLƏNİB