Bank Of Baku

Nazir: “Azərbaycanın bəzi turizm obyektlərində nöqsanlar aşkarlanıb”

Nazir: “Azərbaycanın bəzi turizm obyektlərində nöqsanlar aşkarlanıb”
# 11 iyul 2011 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA-Economisc. Azərbaycanın bəzi turizm obyektlərində nöqsanlar aşkarlanıb. “APA-Economisc-in məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, bu nöqsanlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm obyektlərində aparılan monitorinqlər nəticəsində üzə çıxıb: “Aşkar olunan nöqsanların yerindəcə aradan qaldırılması üçün səylər göstəririk. Avqust-sentyabra kimi davam edəcək turizm mövsümdə bu nöqsanları aradan qaldırmağa çalışacağıq”.

Nazir onu da vurğulayıb ki, monitorinqlər zamanı şimal və cənub bölgələrində yerləşdirilmə yerlərində qiymətlərin ötən ilə nisbətən 15-20, bəzən hətta 25 faizədək düşməsi müşahidə olunub: “Bu isə Azərbaycanda daha çox təbəqənin istirahətinə imkan verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR