Bank Of Baku

Azərbaycan Turizm İnstitutunun bir qrup tələbəsi Şimali Kipr Türk Cümhuriyyətində təcrübə keçəcək

Azərbaycan Turizm İnstitutunun bir qrup tələbəsi Şimali Kipr Türk Cümhuriyyətində təcrübə keçəcək
# 20 iyul 2011 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Turizm İnstitutunun (ATİ) bir qrup tələbəsi Şimali Kipr Türk Cümhuriyyətində yay tanışlıq təcrübəsi keçmək üçün bu ölkəyə yola düşüb. Turizm İnstitutundan APA-ya verilən məlumata görə, əsasən I və II kurs tələbələrindən ibarət qrup ŞKTC-nin nüfuzlu otellərində təcrübə keçəcəklər. Təcrübəçi tələbələr 2 ay müddətində xidmət sahələrində işləyəcək, otel idarəçiliyinin iş mexanizmini öyrənəcəklər. ATİ-nin tələbələri, eyni zamanda ölkənin memarlıq tarixi abidələri, kulinariyası, xidmət mədəniyyəti ilə yaxından tanış olacaqlar.
Ümumilikdə, Azərbaycan Turizm İnstitutunun 39 tələbəsi hazırda xarici ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsini uğurla davam etdirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR