Bank Of Baku

Əbülfəs Qarayev Şahdağ Turizm Kompleksinin tikinti işlərinin gedişatına baxış keçirib

Əbülfəs Qarayev Şahdağ Turizm Kompleksinin tikinti işlərinin gedişatına baxış keçirib
# 20 iyul 2011 09:16 (UTC +04:00)
Nazir Xaçmaz və Şabran rayonlarında mədəniyyət və turizm sahələri üzrə müvafiq göstərişlər verib

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və turizm naziri Əüblfəs Qarayev Şahdağ Yay-Qış Turizm Kompleksinin tikinti işlərinin gedişatına baxış keçirmək Qusar rayonuna səfər edib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin tikinti işlərini aparan yerli və xarici şirkətlərin rəhbərləri ilə geniş müşavirə keçirilib.

Həmin gün cənab Ə.Qarayev Nabran zonasında fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub və burada istirahət edən insanlarla söhbət aparıb. Həmçinin Xaçmaz və Şabran rayonlarının mədəniyyət obyektlərinə baxış keçirilib. Səfərin nəticələrinə uyğun olaraq nazir Xaçmaz və Şabran rayonlarında mədəniyyət və turizm sahələri üzrə müvafiq göstərişlər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR