Bank Of Baku

Bu ilin I yarısında Gürcüstana gələn turistlərin sayı 45% artıb

Bu ilin I yarısında Gürcüstana gələn turistlərin sayı 45% artıb
# 27 iyul 2011 07:28 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə APA. Bu ilin ilk altı ayı ərzində Gürcüstana gələn turistlərin sayı 45% artıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir Nika Gilauri açıqlama verib.

Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobalia isə qeyd edib ki, birinci yarımildə Gürcüstana 1,2 mln. turist gəlib: “Turistlərin 80%-i Acarıstandakı mehmanxanalarda yerləşdirilib. Bizim ölkəyə dincəlmək üçün Türkiyə, Azərbaycan, Ermənistan, Ukrayna və Rusiyadan turistlər gəlir. İrandan və İsraildən gələn turistlər üçün isə birbaşa təyyarə reysləri təşkil edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR