Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mingəcevir şəhərinə infotur təşkil ediləcək

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mingəcevir şəhərinə infotur təşkil ediləcək
# 28 iyul 2011 12:06 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı tədbirlər planının müvafiq bəndlərinin icrası ilə əlaqədar “Turizm ili” çərçivəsində regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi şəkildə təşkil etmək, daxili turizm bazarının fəallığını artırmaq məqsədilə layihə həyata keçirilməsini planlaşdırır. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin məqsədi Mingəçevir şəhərinə yerli turizm şirkətlərindən və kütləvi informasiya vasitələrindən ibarət heyət üçün turizm üzrə infotur səfərinin təşkil olunmasıdır.

İnfotur iştirakçılarına Mingəçevir şəhərində turizm potensialını, mövcud infrastrukturu, əsas turizm xidmətlərini nümayiş etdirmək və turizm şirkətləri ilə otellər və olimpiya idman təlim mərkəzi arasında aktiv əməkdaşlığı stimullaşdırmaqdır.

Nazirliyin dəstəyi “Millennium” turizm şirkətinin və “Kür” mehmanxanasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə avarçəkmə turizm marşrutunun təqdimatının keçirilməsi də nəzərdə tutulub.

İyulun 30-31-də keçiriləcək infoturda nazirlik, turizm şirkəti əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub. Bundan əlavə turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzi və mehmanxanalarla, eləcə də mədəni-tarixi abidələrlə və şəhərin təbiəti ilə də tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR