Bank Of Baku

Yaponiyanın turizm agentlikləri nümayəndələrinin GUAM ölkələrinə info-turu başa çatıb

Yaponiyanın turizm agentlikləri nümayəndələrinin GUAM ölkələrinə info-turu başa çatıb
# 02 avqust 2011 12:15 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Yaponiyanın aparıcı turizm agentlikləri nümayəndələrinin GUAM ölkələrinə informasiya turu başa çatıb.

APA-ının GUAM təşkilatının internet saytına istinadən verdiyi məlumata görə, 10 günlük turun məqsədi Yaponiyalı turizm mütəxəssislərini GUAM ölkələrinin turizm potensialı ilə tanış etmək və gələcəkdə sıravi yapon turistlərini bu ölkələrə kütləvi səfər etməyə təşviq etmək olub.

Yaponiyanın beş turizm şirkətinin təmsilçiləri Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ən füsunkar məkanlarına baş çəkiblər. Yaxın zamanlarda GUAM ölkələrinə Yaponiyanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün də oxşar turun təşkil ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR