Bank Of Baku

Rusiya Mahaçqaladan Azərbaycan sərhədinə kimi Xəzər boyunca turizm-istirahət mərkəzləri şəbəkəsi yaradacaq

Rusiya Mahaçqaladan Azərbaycan sərhədinə kimi Xəzər boyunca turizm-istirahət mərkəzləri şəbəkəsi yaradacaq
# 11 avqust 2011 13:41 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Xəzərin Rusiyaya aid sahil zolağının inkişafına dair dövlət programı gələn ay Rusiya hökümətinə təqdim ediləcək. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, program çərçivəsində Xəzər sahili boyunca turizm-istirahət mərkəzləri şəbəkəsi yaradılacaq. Bu şəbəkə Dağıstan paytaxtı Mahaçqaladan başlayaraq Azərbaycanla sərhədə kimi uzanacaq. Layihənin ilkin dəyəri 150 milyard rubl həcmində qiymətləndirilir. Hesab olunur ki, layihə bölgəyə turist axınına təkan verərək bölgədə minlərlə iş yerinin yaradılmasına imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR