Bank Of Baku

Nyu-Yorkdakı «Azadlıq heykəli» təmirə bağlanır

Nyu-Yorkdakı «Azadlıq heykəli» təmirə bağlanır
# 12 avqust 2011 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. ABŞ hökuməti Nyu-York şəhərində yerləşən «Azadlıq heykəli»nin bu ilin payızında təmirə bağlanması ilə bağlı qərara qəbul edib.

«APA-Economics»in ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən heykəlin təmiri 1 il çəkəcək. Təmirdən sonra turistlərin abidəyə daxil olması bir qədər asanlaşacaq və təhlükəsiz olacaq. Cari ilin oktyabrın 29-da başlayacaq təmir işlərinin ümumi dəyəri 27,25 mln. dollar məbləğində qiymətləndirilir.

Abidənin təmir olunmasına baxmayaraq, heykəl yerləşən ada turistlər üçün açıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR