Bank Of Baku

“Şahdağ qış-yay turizm kompleksi”ndə üç, dörd, beş ulduzlu otellərin tikintisi də nəzərdə tutulub

“Şahdağ qış-yay turizm kompleksi”ndə üç, dörd, beş ulduzlu otellərin tikintisi də nəzərdə tutulub
# 15 avqust 2011 09:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Qusar rayonunun Ləzə kəndi yaxınlığında, Şahdağın ətəklərində salınan “Şahdağ qış-yay turizm kompleksi”ndə müxtəlif həcmdə üç, dörd, beş ulduzlu otellərin, kiçik yaylaq evlərinin və kotteclərin eləcə də, ticarət mərkəzləri, restoranlar, əyləncə xidməti və məişət obyektlərinin tikintisi də nəzərdə tutulub. APA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib. F.Qurbanov deyib ki, gündəlik beş min turist qəbul etmək iqtidarında olacaq kompleksdə Azərbaycanda turizmin və idmanın qış növlərinin inkişafı, tennis, qolf, futbol və basketbol meydançaları, üstü örtülü idman qurğuları, hovuzlar, əyləncə - oyun kompleksləri, istirahət edənlərə piyada və at gəzintisi təklifləri nəzərdə tutulub: ”Bu layihənin gerçəkləşdirilməsi Azərbaycanda ilin bütün fəsillərində turizm fəaliyyətinə və bu növ turizmin inkişafına geniş imkanlar yaradacaq və heç şübhəsiz regionda ölkəmizin turizm sahəsində rəqabət qabiliyyətini artıracaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR