Bank Of Baku

Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda “Turizm haqqında” yeni qanun layihəsi hazırlanıb
# 15 avqust 2011 09:28 (UTC +04:00)
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsi müdirinin müavini Mahir Qəhrəmanov Yeni Azərbaycan Partiyasının saytına bildirib ki, yeni qanun layihəsinə artıq Nazirlər Kabinetində baxılıb və sənəd razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib.

M. Qəhrəmanovun sözlərinə görə, “Turizm haqqında” yeni qanunun qəbulu bu sahənin inkişafına əlavə imkanlar yaradacaq: “Günün tələblərinə cavab verəcək yeni qanunda beynəlxalq normalar, bu çərçivədə Mədəniyyət və Turizm Nazirliyi qarşısında duran vəzifələr, eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiya üçün lazım olan fəaliyyətin tənzimlənməsi və s. mühüm məsələlər öz əksini tapacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR