Bank Of Baku

Nazirlik rəsmisi: “Azərbaycan əsasən qonşu ölkələrdən və Avropanın turizm bazarından turist cəlb etməkdə maraqlıdır”

Nazirlik rəsmisi: “Azərbaycan əsasən qonşu ölkələrdən və Avropanın turizm bazarından turist cəlb etməkdə maraqlıdır”
# 15 avqust 2011 09:28 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) mütəxəssislərinin proqnozlarına əsasən 2020-ci ildə beynəlxalq turist səfərlərinin sayı 1 milyard 600 milyon nəfərə çatacaq və turizmdən əldə olunan gəlir 1 trilyon ABŞ dollarını ötəcək. Bunları nəzərə alaraq Azərbaycan dünya turizm bazarında öz mövqeyini gücləndirməlidir”. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov bu haqda Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan prioritet istiqamət olaraq əsasən qonşu ölkələrdən və Avropanın turizm bazarından turist cəlb etməyə maraqlıdır: “Lakin bununla yanaşı Amerika, Cənubi Asiya, Orta Şərq, Şərqi Asiya və Sakit okean turizm bazarları da ölkəmiz üçün potensial hədəflərdir. Azərbaycanı turizm ölkəsi kimi dünyada tanıtmaq üçün turizm sahəsində olan Azərbaycan brendlərinin, reklam-təbliğat, məlumat-sorğu fəaliyyətinin canlandırılması, beynəlxalq proqramlar çərçivəsində regional mədəni turizm marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir”.

F.Qurbanov qeyd edib ki, Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanıb, turizm sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müvafiq işlər görülür, müqavilələr imzalanır, müştərək tədbirlər keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR